Ağacdoğrayan
Kəsilmiş ağacları doğramaqla onlardan taxta-şalban hazırlayan.
Ağacdələn
Ağac koğuşlarındakı cücülərlə qidalanan uzun, sərt dimdikli quş.
Ağacdeşən
Ağac koğuşlarındakı cücülərlə qidalanan uzun, sərt dimdikli quş.
Ağacayaq
Ayaqlarına qarmaqlı ağaclar taxıb gəzən oyunbaz.
Qılçası olmadığı üçün ağacdan qayrılmış süni ayaqla gəzən adam; axsaq.
Uzundraz adam.
Su kənarında yaşayan uzunayaq b...
Ağacatma
Əl ağacı kimi bir ağacla oynanılan oyun adı.
Keçmişdə qoyun satdıqda, seçmə olmasın deyə, sürünün içinə ağac atıb, onun bir hissəsini ayırma.
Ağacan
Ataya, yaxud böyüyə hörmət və nəvazişlə müraciət.
Ağac
Budaqları və bərk gövdəsi olan çoxillik bitki.
Ağacdan hazırlanan tir, dirək, taxta, şalban və s.
Ələ götürülən əsa.
Təxminən 6-7 kilometrə bərabər uzunluq öl&cced...
Ağabacı
Böyük qardaş, dayı və başqa qohumların arvadlarına hörmət üçün verilən ad.
Ağa
Hakim, istismarçı siniflərə mənsəb adam; mülkədar, bəy, zadəgan.
Keçmişdə seyidlərə, ruhanilərə verilən ləqəb.
Sahib, sahibkar, yiyə, hakim.
Hakim, üstün.
Ağ
Qar, süd, tabaşir rəngli.
Təmiz, yazılmamış.
Gözün buynuz təbəqəsində əmələ gələn ağımtıl ləkə.
Gümüş, yaxud ağ metaldan kəsilmiş pul.
Sovet hökuməti əleyhinə m&uum...
Agəh
Xəbərdar.
Agentura
Bir müəssisə, idarə və ya təşkilatın agentləri.
Xarici hökumətlərin casus və diversantları.
Agentlik
Mərkəzi bir idarə və ya müəssisənin yerlərdə olan şöbəsi, nümyəndəliyi, müvəkkilliyi.
Qəzetlər üçün məlumat toplamaqla məşğul olan idarə.
Agent
Bir idarə və ya müəsisənin tapşırığı və ya vəkaləti ilə iş görən adam, müvəkkil.
Casus.
Agahlıq
Xəbərdarlıq.
Agah
Xəbərdar.
Aftafa-ləyən
Aftafa ilə ləyəndən ibarət yuyunma ləvazimatı.
Aftafa
Lüləyi və qulpu olan su qabı;
Aftaba
Lüləyi və qulpu olan su qabı;
Aftab
fars dilində günəş deməkdir.
Afrikalı
Afrikada yaşayan, afrika əhli.
Aforizmli
Aforizmlə dolu olan.
Aforizm
Dərin mənalı fikri ifadə edən sabit söz birləşməsi və ya cümlələr; hikmətli söz.
Afiyət
Cansağlığı, sağlamlıq, səhhət.
Afişa
Tamaşa, konsert haqqında elan.
Affrikat
İki samitin qovuşmasından yaranan yeni samit.
Affekt
İnsanın əhvaldan və ehtirasdan fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısa müddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s.
Affayı
Havayı, nahaq, boşuna, əbəs.
Afətzədə
Bəlaya, müsibətə uğramış, fəlakətə düçar olmuş.
Afət
Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər.
Son dərəcə gözəl qız, qadın, dilbər haqqında.
Çox zirək, çox cəld; od-alov.
Afərin
Tərif, təhsin ifadə edir; əhsən, mərhaba.
Afat
Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər.
Afaq
Üfüqlər.
Aləm, dünya, ölkələr mənasında.
Aerostat
Balonun içində olan qazın qaldırıcı qüvvəsi sayəsində havaya qalxan havadan yüngül uçucu aparat; hava balonu.
Aerosəpin
Alçaqdan uçan təyyarələr vasitəsilə səpin.
Aeroport
Nəqliyyat təyyarələrinin müntəzəm uçuşlarını təmin etmək üçün lazım olan tikinti və avadanlıqla təchiz edilmiş böyük aerodrom.
Aeroplan
mühərriki və hərəkət etməyən qanadları olan havadan ağır uçucu aparat. təyyarə.
Aeronavtika
Uçucu aparatlarda havada hərəkət etmə nəzəriyyə və praktikası.
Aeronavt
Uçucu aparatlarda havada uçan adam.
Aerologiya
Havanın üst təbəqələrinin fiziki, kimyəvi və başqa xassələrini tədqiq edən elm.
Aeroklub
Təyyarəçilik ilə maraqlanan və ya məşğul olan şəxslərin ictimai təşkilatı.
Aeroxizək
Propeller vasitəsilə hərəkət edən xizək.
Aerofotoqrafiya
Təyyarədən bir yerin fotoşəklini çəkmə.
Aerodrom
Təyyarələrin və ya başqa uçucu aparatların havaya qalxması, enməsi və durması, habelə onların uçuşunu təmin etmək üçün müvafiq tikililərin olan meydança.
Aerodinamika
Havanın və digər qazların hərəkətindən, habelə qazların, onların içində olan cisimlərə təsirindən bəhs edən elm.
Aerodinamik
Aerodinamikaya aid olan, xas olan.
Adyutant
Hərbi hissə komandirinin tapşırığını icrat edən, yaxud qərargah işlərini icra edən hərbi qulluqçu.
Adyal
Yun və iplikdən toxunma birqat yorğan.
Advokat
Məhkəmədə bir tərəfə xidmət göstərən hüquqşunas.
Adsız
Adı olmayan.
Şöhrəti, adı-sanı olmayan.
İmzasız, qeydsiz.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.