
Biz kimik?
2023-cü ildən etibarən məqsədimiz abituriyentlərə və tələbələrə təhsillərində dəstək olmaqdır. "Gürcüstan Təhsilinə Hazırlıq" səhifəsi gənclərə imtahanlara hazırlaşmaqda, yeni biliklər qazanmaqda, peşə seçimi etməkdə və informasiya çatışmazlığını aradan qaldırmaqda kömək göstərir.
"tehsil.ge" platforması 2023-cü ilin ortalarında Abbas Abbasov tərəfindən yaradılmışdır. Əvvəlcə səhifənin məqsədi sadəcə suallar paylaşmaq olsa da, daha sonra Emin Məmmədov öz "Gürcüstan Təhsilinə Hazırlıq" ideyasını bu platforma ilə birləşdirdi. O gündən etibarən, ortaq fikirlər və yanaşmalarla səhifəmiz inkişaf edərək bu günkü səviyyəsinə çatmışdır və irəliləməyə davam edir.