125#
Tağ
Abbas Abbasov
1. Botanika. Qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin yerlə sürünən kolu. (Pomidor tağı.)
2. Bəzi binaların yarım-dairə şəklində olan damı; qübbə, günbəz. (Hədsiz səslər bir-birinə qarışıb – hamamın tağlarına düşmüşdü..)
3. Körpünün iki dayağını birləşdirən qövsşəkilli hörgü.
4. Böyük qapıların adətən qövs şəklində olan üst hissəsi. (Qəmərin nallarından qopan səs qala qapısının tağına düşüb cingildədi.)
5. Sifət kimi: tavanı bu şəkildə olan; tağlı. (İçərişəhərdə, yuxarı bazarda, Qoşa karvansaranın altında tağ bir zirzəmi vardı.)
6. Saçın iki yerə ayrılan yeri; həmin hissələrdən hər biri. (Əlilə tağını düzəldən zaman; Yaxından duyuldu ayaq səsləri.)