Yüklənir
348#

Timsal

Abbas Abbasov

1. Nümunə, örnək, misal. (Yaxşı timsal yüz yönsüz sözdən yaxşıdır.)

2. Məsəl, zərbi-məsəl.

3. Klassik ədəbiyyatda şəkil, rəsm, surət, təsvir mənalarında işlənmişdir.

4. Ədəbiyyatşünaslıq. Arxaizm. Adamları və onların əməllərini eyhamlı şəkildə təsvir edən, əksərən mənzum, nəsihətamiz qısa ədəbi əsər.