44# Oxunmuş Mətnin Analizi
Aralıq dənizi hövzəsi dünya sivilizasiyalarının meydana gəlməsinin əsas bölgələrindən biridir. Burada sivilizasiyanın inkişafının üç başlıca modelini göstərmək olar: Çayarası (yaxud Mesopotomiya) modeli, Misir və Egey-Ellin modeli.
Mesopotomiya modeli öz başlanğıcını şumer sivilizasiyasından götürür. Şumerlər bir çox sahələrdə ilk ixtiraçı olmaqla yanaşı, həm də qədim Şərqin demək olar ki, dəyişilmədən bir mədəniyyətdən digərinə çatdırılan sivilizasiyanın yaradıcısı idilər. Bu sivilizasiyada mixi yazısı sistemi, həmçinin mifoloji növlər və süjetlər «bankı» yaradıldı və ilkin görkəmində Qabaq Asiya xalqları arasında geniş yayıldı. Mesopotomiya dairəsinin mədəniyyətləri üçün spesifik hal odur ki, insan hər bir hadisənin arxasında hansı qanunauyğunluğun durduğunu araşdırmırn - ilahi ifadəni tanıyır.
Misir modeli əsasən bir etnos və bir bölgə hüdudlarında inkişaf edir. Başqalarından ayrılıqda olmaq istəyi Misirdə başqa xalqlar üçün əksər hallarda əlçatan olmayan təfəkkür üslubu yaratdı. Bu, özünü ilk növbədə heç vaxt ölkənin hüdudlarından kənara çıxmayan Misir yazısında əks etdirdi. Misir, böyük piramidalar dövrünün qədim səltənəti üçün səciyyəvi olan şəxsi təşəbbüsün inkişafı yolu ilə getmədi, fərdi tamamilə kollektivin mənafeyinə tabe etdi. Qədim çarlıq üçün səciyyəvi olan həyata ecazkar məhəbbət, keçid dövründə aşkar edilmiş həyatın mahiyyətini fəlsəfi fikir elementləri Misir incəsənətində öz təşəkkülünü tapa bilmədi. Burada riyaziyyat, astronomiya, təbabət inkişaf etdi, ancaq gerçəkliyin qavranılması sövq-təbii, mifik surətdə qalırdı. Bəzi ədəbi janrlı Mesopotomiya yaxud Misir ekvivalentləri barədə danışmaq olar, lakin onlar elə müstəqillik qazana bilmədilər ki, bu da fərdi müəlliflər törədir (bu, qismən başqa incəsənət sahələrinə aiddir). Qədim Şərq sivilizasiyası üçün səciyyəvi olan mifik-poetik və yeni, ellin anlayışı üçün xarakterik tənqidi fikrin qəribə qatışığı Egey-yunan modelinin başlıca xüsusiyyətidir. Yunanlar özlərinin xüsusi olması hissini misirlilərdən əxz etmişlər ki, bu da özünü məşhur qarşıdurmada əks etdirir: Ellin – barbardır, lakin qonşu ölkələrlə onların intensiv əlaqələrini «Mesopotamiya sərbəstliyi» müşayiət edirdi. Ən populyar mifləri Ellin yaratmış, mifoloji təfəkkürün fəlsəfi təfəkkürlə əvəz edilməsi sahəsində ilk addımı məhz o atmışdır. Bəlkə də ellinlər üçün səciyyəvi olan yarışmaq ruhu yaxud aqonistik ruh yunan sivilizasiyasının inkişafını sürətləndirmişdir.
Dünyanın qavranılması prosesində tənqidi özünüdərkin güclənməsi, yeni və sürətlə yayılan yazı sisteminin tətbiqi, yeni və çevik ictimai təşkilat forması olan polis Egey-yunan sivilizasiyasının formalaşmasında mühüm rol oynadı. Şəxsiyyətin meydana çıxması polislərin siyasi həyatında özünü parlaq surətdə əks etdirdi. Yunan polisləri kiçik dövlət vahidləri kimi formalaşdı, ancaq qəribə Ellin birliyi hissi qalırdı. Ellin mədəniyyəti demək olar ki, bütün Aralıq dənizi sahillərinə yayıldı. Polisin azad vətəndaşı onu öz iştirakı ilə yaradılmış, daim təkmilləşmə prosesində olan qanunlarla idarə edir, bununla yanaşı, artıq işlənib hazırlanmış normalardan get-gedə daha çox azad olurdu. Tarixi amillər də mühüm əhəmiyyət kəsb edir: yunanlar Egey mədəniyyətinin varisləri idilər. Müxtəlif inkişaf kodunu əhatə edən ilkin yunan (Egey) mədəniyyəti onların ətinə və qanına hopmuşdu.
Misir sivilizasiyasının inkişaf peripetiyaları aşağıda sadalananlardan hansı cümlədə düzgün əks etdirilmişdir?