Yüklənir
3 : 10 : 00
1#

2009 - Ümumi qabiliyət

Bu imtahan hər il keçirilən 1+4 sisteminin 2009-da paylaşılan versiyasıdır. Qarşınızdaki sınaq imtahanı bukletidir.

  • Test iki – verbal və riyaziyyat – hissədən ibarətdir.
  • Hər hissəsi 50 tapşırıqdan ibarətdir.
  • Hər tapşırığın ehtimal olunan dörd və ya beş cavabı vardır.
  • Onlardan ancaq biri düzgündür.
  • Testin hər hissəsini işləmək üçün sizə 1 saat 35 dəqiqə vaxt verilir.
  • Testin maksimal xalı – 100-dir.

Hər bir tapşırığın təlimatını diqqətlə oxuyun, tapşırığı yerinə yetirmək üçün nə tələb olunduğunu yaxşı düşünün və sonra cavabı seçin və yazın.

 

Uğurlar arzulayırıq!

Analizlər
Testi yazan:
10
---
0
Analogiya
1.

İyibilmə qabiliyəti : Ətir 

Analogiya
2.

Arı pətəyi : Bal

Analogiya
3.

Simvol : Şərti

Analogiya
4.

Axın : Damba

Analogiya
5.

Bədii üsul : Epitet

Analogiya
6.

Qıf : Konus

Analogiya
7.

Zireh : Skafandr

Analogiya
8.

Vakuum : Dolu

Analogiya
9.

Növ : Rəngarənglik

Cümlələrin Tamamlanması
10.

Günəş batmazdan əvvəl bəzi bitkilərin yarpaqları bükülüb aşağı əyilir, günəş çıxanda isə açılıb yuxarı qalxır. ___ əgər bu bitkiləri günəşdən təcrid olunmuş halda tam qaranlıqda saxlasaq, ___ onlar ___, yaxud təbii şəraitdə onlan ___.

Cümlələrin Tamamlanması
11.

Özünün həmmuasiri olan hər bir mütəfəkkir kimi, Monteksye də rasionalistdir. Bu baxımdan onun ____, onlar ____ ki, dövlət rasionalizm prinsipləri üzərində qurulsun, ____ XVIII əsr Avropası üçün məsələyə bu cürü yanaşılması ____.

Cümlələrin Tamamlanması
12.

İncəsənət əsərlərinin ____, müxtəlif dövr onda təzə və yeni fikirlər ____ və incəsənətin əbədiliyi də ____ olardı. Məgər "Sikstinyalı madonna" da Rafaelin dövründə ____.

Cümlələrin Tamamlanması
13.

Müxtəlif coğrafi məkanda yayılmış heyvanlar arasında oxşarlıq, eynilə fərqlər kimi, iqlim yaxud digər fiziki şəraitlə ____. Cənubi-Şərqi Asiyanın və Cənubi Amerikanın tropik zonaları ____, təbii şərait baxımından ____, onların heyvanlar aləmi ____.

Məntiq
14.

Verilir: 

  • Əgər tiniko bazar günü qudauriyə getsə, opera teatrın ilk tamaşasında ola bilmək imkanını itirəcəkdir
  • Əgər tiniko bazar günü qudauriyə getməsə, o, gündə qaralmaq imkanını itirəcəkdir.

Tutaq ki, bu ilkin şərtlər həqiqidir. Bu halda aşağıda sadalanalardan hansı müddəa hökmən səhvdir?

Diaqram
15.

Tutaq ki:

  • Hər bir rəssam arxitektordur

Belə olduqda aşağıda sadalananlardan hansı insanın mövcudluğu qeyri-mümkündür?

Məntiq
16.

Eka qarmaşıq halda qutuya tökülmüş əşyalardan gözyumlu halda birini götürür, nəzərdən keçirdikdən sonra yenə də qutuya qaytarırdı. O, bu əməliyatı dəfələrlə təkrar etdi. Müəyyən oldu ki, qutudan götürlən bütün əşyalar qırmızı oyuncaqdır.

Məntiq
17.

İki müddəa verilir:

  • Yırtıcı heyvanların davranış xüsusiyətlərini yaxşı bilməsən, şirləri müşahidə etmək üçün Geniyaya gedə bilməyəcəksən
  • Şirləri müşahidə etmək üçün Geniyaya getsən, GEO jurnalında məqalə çap etdirməyinə rədd cavabı verməyəcəklər

Nəticə çıxarılır:
GEO jurnalında məqalə çap etdirməyinə rədd cavabı vermişlərsə, görünür şirləri müşahidə etmək üçün Geniyaya getməyibsən.

Bu nəticə:

Məntiq
18.

Musiqi həvəskarları caz musiqisi müsabiqəsində B musiqiçinin qələbə çalacağını əvvəlcədən xəbər verirdilər, ancaq müsabiqədə D musiqiçinin qalib gəlməsi onların təəcübünə səbəb oldu. Musiqi həvəskarları bu faktı münsiflər heyəti üzvlərininin D-yə qarşı müsbət münasibəti ilə izah etdilər.

Aşağıda verilənlərdən musiqi həvəskarlarının bu ehtimalı hansı şüphə altına qoyur?

Heyvanlarda düşünmə qabiliyəti

Adətən, düşünmək qabiliyətini yalnız insan üçün səciyəvi olan xüsusiyyət sayır və onu nitq qabiliyəti ilə əlaqələndirirlər. Düşüncələrin aşkara çıxarılmasının mükəmməl forması məntiqi təfəkkürdür. Təbii olaraq qarşıya belə bir sual çıxır: bu təfəkkürün yeganə formasıdır, yaxud onun digər formaları da vardır? Tədqiqatlar nəticəsində müəyyən edildiyinə görə təfəkkürün bir neçə inkişaf pilləsi vardır. Hər bir pillədə təfəkkür müxtəlif formada əks etdirilir. Onlardan ən sadəsi praktiki düşüncədir.

 

Praktiki düşüncə anlayışı alman alimi V. Kellerə məxsusdur. Keller heyvanın (nitq qabiliyyətindən məhrum olan) ağıllı hərəkət edib-edə bilməyəcəyini, yaxud instinktdən irəli gəlməyən hərəkət edib-edə bilməyəcəyini tədqiq edirdi. Kellerin insanabənzər meymunlar üzərində apardığı eksperimentlərin əsas prinsipi belə idi: birbaşa yolla məqsədə nail olmaq mümkün olduqda, heyvanın davranışını instinkt idarə edir. Ancaq məqsədə nail olmaq üçün birbaşa deyil, «dolayı yol» lazım gəldikdə, heyvan düşüncəli hərəkət etməyə məcbur olur. Kellerin bütün sınaqları elə qurulmuşdur ki, məqsədə nail olmaq üçün hökmən dolayı yol seçmək lazım gəlir.

 

Keller meymun Kokonun əlini yuxarından asılmış banana necə çatdırdığını təsvir edir. Koko bananı görcək birbaşa ona doğru qaçıb var gücü ilə yuxarı atıldı, lakin məqsədinə nail ola bilmədi. O geriyə döndü, yenə də divarın yanına qayıtdı və bu hərəkəti bir neçə dəfə təkrar etdi. Sonra oraya qoyulmuş qutunun yanına gedib üstünə çıxaraq banana doğru baxmağa başladı. Kokonun hərəkətlərində gözlə seçilən yavaşıma hiss olunurdu. O, qutudan divara qədər olan məsafəni bir neçə dəfə qət etdi. Eksperimentçi banana portağal parçası da əlavə etdi və bu, meymunun hərəkətinə açıq-aşkar təsir göstərdi: Koko yenə də qutunun yanına getdi, onu sürətlə divarın yanına aparıb üstünə çıxdı və əli meyvəyə çatdı. 

 

Şimpanzenin davranışında hər cür düşüncə əlamətləri görmək olar: bananı görmək onu birbaşa yolla (sıçramaqla) ələ keçirmək cəhdinə səbəb olur, heyvanda ilk növbədə instinkt oyanır. Ancaq məqsədə nail ola bilmədikdə, Koka o yan-bu yana gəzməyə başlayır. Koka banandan uzaqlaşıb qutunun yanına getdikdə, instinktin əleyhinə hərəkət edir, yaxud düşünməyə başlayır. Onun hərəkətlərinin ləngidiyi nəzərə çarpır, elə təəssürat yaranır ki, sanki heyvanda spesifik təəccüblənmək hissi baş qaldırmışdır. Təəccüblənməklə başlanmış proses düşünmək üçün zəruri olan ikinci konkret halla – dərk etməklə başa çatır: Portağal parçasının əlavə edilməsi ilə yenə də qutunun yanına getməsi və artıq məqsədyönlü hərəkət etməsi göstərir ki, Koko məqsədə çatmağın necə mümkün olduğunu qəflətən "başa düşmüşdür". Heyvanın düşünmə qabiliyyətinin necə olması onun davranışında, hərəkətlərində özünü əks etdirir. Davranış burada təfəkkürün məhsulu deyil, onun prosesidir. Beləliklə, təfəkkür hələlik praktikadan ayrılmamışdır.

 

Belə bir fakt diqqəti cəlb edir: nə qədər ki, divardan banan asılmışdı, məsələni həll etmək üçün Kokanın kifayət qədər stimulu yox idi. Portağal parçasının əlavə edilməsi, yaxud stimulun əhəmiyyətinin artması, məqsədə nail olmaq tələbatının güclənməsinə və müvafiq hərəkətə səbəb oldu. Bu, təfəkkürün stimullaşdırılması üçün tələbatın nə kimi əhəmiyyəti olduğunu aydın göstərir.

Oxunmuş Mətnin Analizi
19.

Birinci abzasdakı əsas fikir aşağıda sadalananlardan hansında əks etdirilmişdir?

Oxunmuş Mətnin Analizi
20.

Kellerin təsdiq olunduğu təqdirdə heyvanlarda praktiki düşüncənin mövcudluğu barədə mülahizə yürütməyinin mümkün olduğu fərziyyəsi aşağıda sadalananlardan hansı cümlədə əks etdirilmişdir? 

Oxunmuş Mətnin Analizi
21.

I, II və III abzaslar arasında nə kimi nisbət vardır?

Oxunmuş Mətnin Analizi
22.

Təəcüblənmək təfəkkürün əsas xüsusiyyətlərindən biri sayılır. Kokonun nümunəsinə görə bu duyğunun baş qaldırması üçün hansı ilkin şərtlər lazımdır?

Oxunmuş Mətnin Analizi
23.

Kokonun istifadə etdiyi dolayı yol aşağıda sadalananlardan hansında əks etdirilmişdir?

Oxunmuş Mətnin Analizi
24.

Mətnin müəllifinin "təfəkkür hələ də praktikadan ayrılmamışdır" fikrini aşağıda sadalananlardan hansı təsdiq edir?

Oxunmuş Mətnin Analizi
25.

Düşüncəli hərəkətin həyata keçirilməsi nümunəsini aşağıda sadalananlardan hansı əks etdirir?

  1. Qəfəsə salınmış dələ bayırda qoyulmuş yemi görür. Qəfəsdən çıxmağa cəhd göstərərkən, o divardan dırmaşır, pəncəsi ilə cəftəni itələyir, qapı açılır və dələ bayıra çıxır
  2. Pişik qəfəsdən oyuncaq siçanı görür, pəncəsi ilə onu tutmağa cəhd göstərir, lakin bu bir nəticə vermir. Sonra o oyuncağa bağlanmış sapı görür və onu sapla özünə doğru çəkir
  3. Qəfəsdə tavandan bananla dolu bir səbət asılmışdır. Şimpanze oradakı hündür yerə çıxaraq bananı səbətdən götürür
Analogiya
26.

Sadəlöhv : Etimadsızlıq

Amansız : ?

Analogiya
27.

... boyunca keçir : boyunca

Səpələyir : ?

Analogiya
28.

Tanış oldu : Dostlaşdı

Qaranlıq düşdü : ?

Analogiya
29.

Nəvazişkar : İkiüzlü

Tənqidi : ? 

Analogiya
30.

Söz : Termin

Ərazi : ?

Analogiya
31.

Ağ ayı : Pinqvin

Kiçik daş : ?

Cümlələrin Tamamlanması
32.

Dövlətlər o zaman ittifaq ____,  təhlükə hiss edilir. ____, ittifaq ____ konsepsiyası ilə əlaqədar olaraq yaradılır, çünki dövlətlərin ____ digər dövlətlərin hərəkətlərini, onların arasında ittifaq yaradılmasını müəyyən edir.

Cümlələrin Tamamlanması
33.

____ bəşər tarixindən də məlumdur. ____ mədəni inkişaf barədə danışarkən hökmən ____ xalqın mədəni həyatını nəzərə almalıyıq. 

Cümlələrin Tamamlanması
34.

Çay qurunun müxtəlif hissəsini bir-birindən ayırır. Bundan daha çox onları dəniz ayırır və buna görə də suyu bölüşdürən amil saymağa adət etmişik. ____ insanlar üçün ____. Bölüşdürücü ancaq ____. Məsələn, Aralıq dənizi ancaq ona görə antik dünyanın mərkəzi ____ ki, ____. 

Cümlələrin Tamamlanması
35.

____ bir çox insanlar eyni təbii şəraitdə yaşamalı olduqlarından, onların mənəvi aləmi ____ təsəvvürə görə bir-biri ilə ____ mənafə ilə qidalarnır. ____ bir qayda olaraq bir-birinin daxili aləminə nüfuz etməyə ____.

Cümlələrin Tamamlanması
36.

____, bunu ____ bizim üçün vacib deyildir. Bu gün ____, maraqlısı məhz odur ki, ____ bu qədər ilhama necə malik idilər.

Cümlələrin Tamamlanması
37.

Əksərriyət və azlıq barədə mühakimə yürürdərkən, eyni qrupun üzvləri ____ onların şəxsiyyətə təsir formaları ____ : əksərriyət ____ təhrik edir, azlıq ____ şəxsi dəyişikliklərə səbəb olur ki, bu da ____ sövq edir.

Məntiq
38.

Verilir: 

  • Bu dibcəkdə açılmış gülün tikanlı və üçrəngli olması düzgün deyildir.

Əgər bu müddəa doğrudursa, aşağıda sadalananlardan hansı hökmən doğrudur?

Məntiq
39.

Ana uşaqlar üçün milad hədiyyələri hazırladı: Rəsm  albomu, nağıl kitabı və kukla. 

Tata: "Nə olaydı rəsm albomu mənə düşəydi"
Rusudan: "Mənə rəsm albomunun düşməsini istəmirəm"
Lizi: "Mənə nağıl kitabının düşməsini istəmirəm"

Hədiyyələr elə bölüşdürüldü ki, ancaq birinin arzusu yerinə yetdi.
Hədiyyələr qızların arasında necə bölüşdürüldü?

Tata Rusudan Lizi

 

Analiz
40.

Məktəbdə iki onbirinci sinif vardır -- A və B. Məktəbin işi ilə tanış olan müşahidəçi hiss etdi ki, kimya üzrə A sinifinin şagirdləri qiymətləri B sinifinin şagirdlərinin qiymətlərindən daha yüksəkdir. Bu fakt əsasında o güman etdi ki, A sinifinin şagirdləri B sinifinin şagirdlərinə nisbətən kimyanı daha həvəslə oxuyurlar.

Aşağıda sadalananlardan bu güman inandırıcı olmasını hansı fakt artırır?

Məntiq
41.

Dövlətdə pulu dəyişdirməyi planlaşdırırlar və neçə sentlik sikkələr hazırlamağa qərara almalıdırlar. Sikkələr aşağıdakı şərtə əməl etməklə hazırlanmalıdır:

  • Əgər dördsentlik yaxud beşsentlik sikkə hazırlanmasa, ikisentlik sikkə də hazırlanmamamlıdır

Bu şərt aşağıda sadalananlardan hansında pozulmuşdur?

Aşağıdakı dəyərdə sikkələr hazırlandı:

 

Məntiq
42.

Verilir: 

  • Bülbülə nəsə xoş gəldikcə, o daha yaxşı oxuyur
  • Ulduzları görmək bülbülün çox xoşuna gəlir

Aşağıda sadalananlardan hansı müddəa bu ilkin şərtdən irəli gəlir?

Aralıq dənizi

Aralıq dənizi hövzəsi dünya sivilizasiyalarının meydana gəlməsinin əsas bölgələrindən biridir. Burada sivilizasiyanın inkişafının üç başlıca modelini göstərmək olar: Çayarası (yaxud Mesopotomiya) modeli, Misir və Egey-Ellin modeli. 

 

Mesopotomiya modeli öz başlanğıcını şumer sivilizasiyasından götürür. Şumerlər bir çox sahələrdə ilk ixtiraçı olmaqla yanaşı, həm də qədim Şərqin demək olar ki, dəyişilmədən bir mədəniyyətdən digərinə çatdırılan sivilizasiyanın yaradıcısı idilər. Bu sivilizasiyada mixi yazısı sistemi, həmçinin mifoloji növlər və süjetlər «bankı» yaradıldı və ilkin görkəmində Qabaq Asiya xalqları arasında geniş yayıldı. Mesopotomiya dairəsinin mədəniyyətləri üçün spesifik hal odur ki, insan hər bir hadisənin arxasında hansı qanunauyğunluğun durduğunu araşdırmırn - ilahi ifadəni tanıyır.

 

Misir modeli əsasən bir etnos və bir bölgə hüdudlarında inkişaf edir. Başqalarından ayrılıqda olmaq istəyi Misirdə başqa xalqlar üçün əksər hallarda əlçatan olmayan təfəkkür üslubu yaratdı. Bu, özünü ilk növbədə heç vaxt ölkənin hüdudlarından kənara çıxmayan Misir yazısında əks etdirdi. Misir, böyük piramidalar dövrünün qədim səltənəti üçün səciyyəvi olan şəxsi təşəbbüsün inkişafı yolu ilə getmədi, fərdi tamamilə kollektivin mənafeyinə tabe etdi. Qədim çarlıq üçün səciyyəvi olan həyata ecazkar məhəbbət, keçid dövründə aşkar edilmiş həyatın mahiyyətini fəlsəfi fikir elementləri Misir incəsənətində öz təşəkkülünü tapa bilmədi. Burada riyaziyyat, astronomiya, təbabət inkişaf etdi, ancaq gerçəkliyin qavranılması sövq-təbii, mifik surətdə qalırdı. Bəzi ədəbi janrlı Mesopotomiya yaxud Misir ekvivalentləri barədə danışmaq olar, lakin onlar elə müstəqillik qazana bilmədilər ki, bu da fərdi müəlliflər törədir (bu, qismən başqa incəsənət sahələrinə aiddir). Qədim Şərq sivilizasiyası üçün səciyyəvi olan mifik-poetik və yeni, ellin anlayışı üçün xarakterik tənqidi fikrin qəribə qatışığı Egey-yunan modelinin başlıca xüsusiyyətidir. Yunanlar özlərinin xüsusi olması hissini misirlilərdən əxz etmişlər ki, bu da özünü məşhur qarşıdurmada əks etdirir: Ellin – barbardır, lakin qonşu ölkələrlə onların intensiv əlaqələrini «Mesopotamiya sərbəstliyi» müşayiət edirdi. Ən populyar mifləri Ellin yaratmış, mifoloji təfəkkürün fəlsəfi təfəkkürlə əvəz edilməsi sahəsində ilk addımı məhz o atmışdır. Bəlkə də ellinlər üçün səciyyəvi olan yarışmaq ruhu yaxud aqonistik ruh yunan sivilizasiyasının inkişafını sürətləndirmişdir.

 

Dünyanın qavranılması prosesində tənqidi özünüdərkin güclənməsi, yeni və sürətlə yayılan yazı sisteminin tətbiqi, yeni və çevik ictimai təşkilat forması olan polis Egey-yunan sivilizasiyasının formalaşmasında mühüm rol oynadı. Şəxsiyyətin meydana çıxması polislərin siyasi həyatında özünü parlaq surətdə əks etdirdi. Yunan polisləri kiçik dövlət vahidləri kimi formalaşdı, ancaq qəribə Ellin birliyi hissi qalırdı. Ellin mədəniyyəti demək olar ki, bütün Aralıq dənizi sahillərinə yayıldı. Polisin azad vətəndaşı onu öz iştirakı ilə yaradılmış, daim təkmilləşmə prosesində olan qanunlarla idarə edir, bununla yanaşı, artıq işlənib hazırlanmış normalardan get-gedə daha çox azad olurdu. Tarixi amillər də mühüm əhəmiyyət kəsb edir: yunanlar Egey mədəniyyətinin varisləri idilər. Müxtəlif inkişaf kodunu əhatə edən ilkin yunan (Egey) mədəniyyəti onların ətinə və qanına hopmuşdu.

Oxunmuş Mətnin Analizi
43.

Mesopotamiya dairəsi mədəniyyətlərinin nümayəndələri üçün aşağıdakılar səcciyəvidir:

Oxunmuş Mətnin Analizi
44.

Misir sivilizasiyasının inkişaf peripetiyaları aşağıda sadalananlardan hansı cümlədə düzgün əks etdirilmişdir?

Oxunmuş Mətnin Analizi
45.

Qonşu ölkələrlə onların intensiv əlaqələrini "Mesopotamiya sərbəstliyi" müşayiət edirdi ifadəsiylə nəzərdə tutulur ki:

Oxunmuş Mətnin Analizi
46.

Bir neçə Misir əsərinin müəllifinin məlum olmasına baxmayaraq, biz heç bir mesopotamiyalı yazıçının yaxud rəssamın adını bilmirik:

"Günəşin tərifi", müəllifi -- firon IV Amenhotep (Exnaton)
Cosserin piramidası, müəllifi -- arxitektor İmhotep
Xeopsun piramidası, müəllifi -- arxitektor Xemiun
İkinci Ramzesin məbədi, müəllifi -- arxitektor Penra

Mətndə göstərilən faktların təqdim olunan arayışları:

Oxunmuş Mətnin Analizi
47.

İnsan dünyaya münasibətləri baxımından: 

Oxunmuş Mətnin Analizi
48.

Yunan tətbiqi incəsənət nümunələri üzərində əksər hallarda müəlliflərin adı yazılmış olur. Məsələn, bir keramik vəya üzərində yazılmışdır: "Şəkil ilə Evtimides bəzəmişdir, Evpronios bunu heç vaxt bacara bilməzdi"

Oxunmuş Mətnin Analizi
49.

Aşağıda sadalananlardan mətndə hansı münasibət təsvir olunur?

Oxunmuş Mətnin Analizi
50.

Aşağıda hər üç sivilizasiyanın qısa səcciyəsi verilmişdir:

  1. Mesopotamiya sivilizasiyası - tənqidi təfəkkür dərketmənin sövq-təbii prinsipinə kölgə salmışdır; sivilizasiya qonşu xalqlar üçün açıqdır; hadisələrin qanunauyğunluğunu axtarın fərd görünmür.
  2. Misir sivilizasiyası  - qapalı sivilizasiyadır; bu mədəniyyətdə ənənəyə sədaqət bütün inkişaf mərhələlərində novatorluq arzusundan yüksəkdə durmuşdur; Heç vaxt işlənib hazırlanmış bədii qanunların şüurli surətdə rədd edilməsinə səy göstərilməmişdir.
  3. yunan sivilizasiyası - mədəni irsə tənqidi - rasional münasibət bəslənilir; yeniliyə doğru açıq mədəniyyərdir; azad vərəndaş öz həyatını dəyişdirə bilər.

Mətn üzrə onlardan hansı düzgündür?

 

Miqdar Müqayisəsi
51.

Verilir:

A B
equation equation

 

Miqdar Müqayisəsi
52.

Bərabər yanlı üçbucağın yanının uzunluğu kvadratın yanının uzunluğundan artıqdır

Miqdar Müqayisəsi
53.

Verilir:

x = -4,  y = -2
3x - 4y 4x - 6y

 

Miqdar Müqayisəsi
54.

Ədədlərin rəqəm qeydiyatında bəzi rəqəm kvadratla örtülmüşdür (hər rəqəm kvadratla)

2■ * 3■ 10■4

 

Miqdar Müqayisəsi
55.

Birinci piramidanın 6 yanı, ikinci piramidanın 8 tili vardır

A B
Birinci piramidanın tillərinin sayı İkinci piramidanın yanlarının sayı
Miqdar Müqayisəsi
56.

n natural rəqəmdir.

27 * 9n 32n+3

 

Miqdar Müqayisəsi
57.

Bərabər hissələrə bölünmüş şkalalar üzərində M, N və K zirvələrinin yüksəkliyinin müvafiq nöqtələri qeyd edilmişdir. Onlardan M və N zirvələrinin yüksəkliyi çertyojda göstərilmişdir:

K zirvəsinin hündürlüyü 5800m

 

Miqdar Müqayisəsi
58.

Yüksəkliyinə görə düzülmüş hər hansı beş ədədin medianı bu ədədlərlə orta ədədə bərabərdir. Yüksəkliyiinə görə düzülmüş beş üzvlü ardıcıllıq verilir, onun ikinci üzvü 14-dən artıqdır

 

A B
Bu ardıcıllığın medianı 14

 

Riyazi Məsələlər
59.

12 milyon 4 milyon 700 mindən:

Riyazi Məsələlər
60.

Üç ədəddən birincisi ikincisindən iki dəfə artıqdır, üçüncü ədəd isə birinci və ikinci ədələrin cəminə bərabərdir. Üçüncü ədəd ikinci ədəddən neçə dəfə artıqdır?

Riyazi Məsələlər
61.

Eyni cür daş plitələri sütun halında elə yığmışlar ki, hər sütunda plitələrin sayı bərabər olmuşdur (çertyoja bax). Cəmi nə qədər plitə yığmışlar?

 

Riyazi Məsələlər
62.

Əgər 2x-62,5=4-3x2,5, onda x-4 = 

Günəş müşahidəsi

Rəsədxanaya gəlmiş müşahidəçilərə teleskopla günəş haləsini müşahidə etməyi təklif edirlər (hava açıq olduqda). Diaqramda sınıq xətlərlə rəsədxanaya gəlmiş müşahidiçilərin iyunun hansı günlərində və hansı saatlarında günəş haləsini müşahidə edə biləcəkləri göstərilmiş sahələr mərzlənmişdir. Məsələn, diaqramdan görünür ki, iyunun 1-də günəş haləsini ancaq saat 12:00-dan saat 15:00-dək müşahidə etmək olar.

 

Göstəricilərin Təhlili
63.

Müşahidəçilər iyunun 6-da günəş haləsini neçə saat ərzində müşahidə edə bilərlər?

Göstəricilərin Təhlili
64.

Müşahidəçilər aşağıda sadalananlardan hansı gündə saat 11:00-da günəş haləsini müşahidə edə bilərlər?

Göstəricilərin Təhlili
65.

Iyunda müşahidiçilərin günəş haləsini minimum 9 saat ərzində müşahidə edə biləcəkləri cəmi neçə gün var idi?

Göstəricilərin Təhlili
66.

Teleskopla günəş haləsini bir saat ərzində maksimum 80 nəfər müşahidə edə bilər. Hər müşahidəçi üçün teleskopdan istifadə etməyin qiyməti 50 tetridir. İyunun 26-da teleskopdan istifadə etməyə görə müşahidəçilərin ödədikləri məbləğin ümumi miqdarı maksimum neçə lari ola bilər?

Riyazi Məsələlər
67.

Dato dekabrda 1 bazar gününü qudauridə keçirdi. Başqa günlərdə o, Tbilisidə olurdu. Dato sadalananlardan hansı günlərdə Qudauridə ola bilərdi? (Çertyojda növbəti ilin yanvar təqvimi verilmişdir)

 

Riyazi Məsələlər
68.

M nöqtəsi ABC üçbucağın AC yanında yerləşir. MA və MB kəsikləri bir-birinə bərabərdir. A = 40°. C = 35°.
MBC

Riyazi Məsələlər
69.

a elə ədəddir ki, 18-2a > 5 + 3a -dır. 3a sadalananlardan hansına bərabərdir?

Riyazi Məsələlər
70.

Qədimdə misirlilər təklikləri I işarəsi ilə, onluqları — işarəsi ilə, yüzlükləri ise — işaresi ilə qeyd edirdilər. Məsələn, 254 ədədini qədim misirliler belə yazırdılar: 

Qedim misirliler  fərqlərin hesablanmasından alınan ədədi necə yazırdılar? 

Riyazi Məsələlər
71.

Sinifdə 21 şagird vardır. Onlardan 10 şagirdin qardaşı, 9 şagirdin bacısı vardır, ancaq Tea, Nino və Temuri analarının yeganə balasıdırlar. Bu sinifdə cəmi neçə şagirdin bacısı da qardaşı da vardır?

Riyazi Məsələlər
72.

Bir katetin uzunluğu 5 sm, digərinin katetinin uzunluğu 7sm olan düzbucaqlı üçbucaqlardan yanın uzunluğu 2sm olan kvadrat kəsilmişdir. Üçbucağın qalan hissəsinin sahəsi neçə kvadratsantimetrdir?

Riyazi Məsələlər
73.

Basketbol komandasında 5 oyuncu vardır. Vaja sandrodan 10sm uca, İrakli Vajadan 12sm alçaq, Sandro Qiyadan 8sm uca, lakin Ditodan 15sm alçaqdır. Onlardan ən ucaboylu basketbolçunun hündürlüyü 205sm-dir. Qiyanın hündürlüyü neçə santimetrdir?

Riyazi Məsələlər
74.

Əgər x, yz bir-birindən fərqlənən natural ədədlərdirsə və onlardan hər biri 10-dan azdırsa, x-2yz təsvirinin ən böyük mənası:

Riyazi Məsələlər
75.

Aşağıda verilənlərdən hansı sınıq xəttin uclarının koordinatları (-2; -3), (-1; -1), (0; -1), (1; 1), (2; 0), (3; 3) ola bilər?

Miqdar Müqayisəsi
76.

Verilir:

6 şüşə Gindzmarauli və 1 şüşə Saperavi üçün 80 lari verdilər
1 şüşə Gindzmarauli dəyəri 12 lari

 

Miqdar Müqayisəsi
77.

Verilir:

Mötərizədə verilmiş ədədlərin cəminin mənası ()* ilə göstərilmişdir. Məsələn, (2; 1; 7)* = 2 + 1 + 7 = 10.
a, b c - mənfi ədədlərdir.
(a; b)* + (b; c)* (a; b; c)*

 

Miqdar Müqayisəsi
78.

Verilir:

Düzbucaqlının sahəsi 24sm2-dır. ABC üçbucağının iki ucu bu düzbucaqlının kiçik yanlarının orta nöqtələrinə uyğun gəlir, üçüncü ucu isə düzbucaqlının böyük yanı üzərində yerləşir.
ABC üçbucağının sahəsi 6 sm2

 

Miqdar Müqayisəsi
79.

Verilir:

Ilyanın maaşı 20% artırıldığına görə a ları artdı, Tornikenin maaşı isə 25% azaldığına görə 2a lari azaldı
Ilyanın maaşı artırılmazda əvvəl Tornikenin maaşı azaldılmazdan əvvəl

 

Miqdar Müqayisəsi
80.

Verilir:

12 saat ərzində eyni cür 5 lampanın yanmasına 40 tetri dəyərində elektrik sərf olunur
8 saat ərzində bu cür 8 lampanın yanmasına sərf olunan elektrik enerjisinin dəyəri 50 tetri

 

Miqdar Müqayisəsi
81.

Verilir:

Anna ilə Sofonun yaşlarının orta riyazi göstəricisi onların və Ekanın yaşlarının orta göstəricisinə bərabərdir.
Anna ilə Sofonun orta riyazi yaş göstəricisi Ekanın yaşı

 

Miqdar Müqayisəsi
82.

Verilir:

Radiusunun uzunluğu r olan çevrə, üzərindəki A və B nöqtələri ilə iki qövsə bölünmüşdür. Onlardan ən kiçiyinin uzunluğu a-ya bərabərdir. OA və OB radiusları ilə yaradılmış bucağın böyüklüyü 120°-dir.

a 2r

 

Riyazi Məsələlər
83.

Rəqəmlərlə: 1, 2 və 4 mümkün olan hər onluq kəsri elə yazmışlar ki, hər onluq kəsri yazarkən hər üç rəqəmdən - hər birindən ancaq bir dəfə istifadə etmişlər. Alınmış onluq kəsirlərdən ən böyüyü ən kiçikdən aşağıdakı qədər artıqdır:

Riyazi Məsələlər
84.

m-in üçdə biri n-dən n-in 10%-i qədər artıq olduqda, m-n = 

Riyazi Məsələlər
85.

Liya akvarel boya ilə portret, natürmort və peyzaj çəkdi. Sonra hər üç janrdan bir rəsmi yağlı boyalarla çəkdi. Ona hər üç janrdan bir-bir rəsmi sərgiyə çıxarmasını təklif etdilər, ancaq bu rəsmlərdən heç olmassa, biri akvarellə çəkilmiş olmalı idi. Rəsmləri seçmək üçün onun neçə variantı vardır?

Riyazi Məsələlər
86.

Rəfdəki kitabların 29 hissəsi ingilis, 23 hissəsi isə gürcü dilindədir. Bunlardan əlavə rəfdə rus kitabları da vardır. Onların sayı gürüc kitabların sayından 30 nüsxə azdır. Rəfdə rus dilində cəmi neçə kitab vardır?

Dairəvi diaqram

Dairəvi diaqramda 2006-cı ildə Gürcüstanın mehmanxanalarında qeydiyatdan keçirilmiş qonaqların ümumi miqdarının neçə faizinin Gürcüstandan, neçə faizinin Avropa İttifaqından, Ukraynadan yaxud başqa ölkələrdən olduğu, cədvəldə isə 2005-ci və 2006-cı illərdə Gürcüstanın mehmanxanalarında qeydiyatdan keçirilmiş qonaqlardan neçə min nəfərin Gürcüstandan və Ukraynadan olduğu və onların mehmanxanada qalmasında başlıca səbəbin (istirahət, işgüzar əlaqədar yaratmaq və s.) nə olduğu göstərilmişdir.

2009 - Ümumi qabiliyət
2009 - Ümumi qabiliyət
Göstəricilərin Təhlili
87.

2006-cı ildə Gürcüstan mehmanxanalarında qeydiyyatdan keçirilmiş Avropa İttifaqından gəlmiş qonaqların sayı Ukraynadan gəlmiş qonaqların sayından neçə dəfə artıq idi?

Göstəricilərin Təhlili
88.

2005-ci ildə Gürcüstanın mehmanxanalarında Ukraynadan gəlmiş neçə min nəfər qonaq qeydiyyatdan keçirilmişdir?

Göstəricilərin Təhlili
89.

2005-ci ildə mehmanxanalarda qalmağın başlıca səbəbi istirahət etmək olan Gürcüstan vətəndaşların miqdarı həmin il mehmanxanalarda qeydiyyatdan keçirilmiş Gürcüstan vətəndaşlarının hansı hissəsini təşkil edir?

 

Göstəricilərin Təhlili
90.

2006-cı ildə Gürcüstanın mehmanxanalarında Avropa İttifaqı ölkələrindən gəlmiş neçə min nəfər qonaq qeydiyyatdan keçirilmişdir?

Riyazi Məsələlər
91.

Məxrəci 24-ə bərabər olan kəsrlərdən neçəsi 13 -dən çox, ancaq 34 -dən azdır?

Riyazi Məsələlər
92.

İki yataqdan mis filizi çıxarırlar. Birinci yataqdan çıxarılan filizin emalından əldə edilmiş misin çəkisi filizin çəkisinin 6 - 7%-ni, ikinci yataqdan çıxarılan filizin emalından alınmış misin çəkisi isə 4 - 4,5% ni təşkil edir. Birinci yataqdan çıxarılmış 300 ton filizin emalından alınmış misin çəkisinin ikinci yataqdan çıxarılmış 200 ton filizin emalından əldə edilmiş misin çəkisinə nisbəti minimum nəyə bərabərdir?

Riyazi Məsələlər
93.

Sınıq xəttin hər ucu hər xanası kvadrat olan torun düyülərinə toxunur (çertyoja bax). Bu sınıq xəttin uzunluğu torun xanasının yanının uzunluğundan neçə dəfə artıqdır?

Riyazi Məsələlər
94.

Mağazada qırmızı, yaşıl və göy rəngli qələmlər satılır. Hər qırmızı qələmin qiyməti 10 tetri, yaşıl qələmin qiyməti - 20 tetri, göy qələmin qiyməti isə 40 tetridir. Yelena bu mağazadan hər üç rəngdə 10 qələm aldı və onlara cəmi 1 lari və 60 tetri verdi. Yelena neçə ədəd yaşıl qələm aldı?

Riyazi Məsələlər
95.

Duzun çəkisi məhlulun çəkisinin 3%-ni təşkil edirdi. Məhlula çəkisi məhlulun çəkisindən iki dəfə artıq olan təmiz su qatdılar. Duzun çəkisi alınan məhlulun çəkisinin neçə faizni təşkil etdi?

Riyazi Məsələlər
96.

Kəndiri kəsib 4 hissəyə böldülər, sonra parçalardan birini yenə də kəsib 4 hissəyə böldülər və bunu bir neçə dəfə təkrar etdilər. Alınan parçaların ümumi miqdarı sadalanlardan hansınasa bərabər olmaya bilər?

Riyazi Məsələlər
97.

Müstəvi üzərində radiuslarının uzunluğu 7sm olan üç çevrə verilmişdir. Bu çevrənin mərkəzləri arasında məsafə 12sm, 15sm və 14sm-dir. Bu çevrələrdən hansısa ikisinin ümumi nöqtəsi olan cəmi neçə nöqtə vardır?

Riyazi Məsələlər
98.

Yük qatarı kimi, sərnişin qatarı da maneəsiz olaraq bərabər sürətlə hərəkət edirdi. Sərnişin qatarı 30 dəqiqədə yük qatarının 25 dəqiqə ərzində qət etdiyindən 2 dəfə çox məsafə qət etdi. Sərnişin qatarının 10 dəqiqə ərzində qət etdiyi məsafə yük qatarının 30 dəqiqə ərzində qət ediyi məsafədən neçə dəfə azdır?

Riyazi Məsələlər
99.

Bütün diaqonallar ABCDEFK yeddibucaqlısının C, D və K uclarından keçirilmişdir. Bu diaqonolların miqdarı nəyə bərabərdir?

Riyazi Məsələlər
100.

m və n elə natural ədədlərdir ki, n < 18 və m - n = 37. m-i n-ə bölərkən alınan qalıq maksimum nəyə bərabər ola bilər?