Yüklənir
1 : 35 : 00
2#

2009 - Verbal hissə

Bu imtahan hər il keçirilən 1+4 sisteminin 2009-da paylaşılan versiyasıdır. Qarşınızdaki sınaq imtahanı bukletidir.

  • Test verbal hissədən ibarətdir.
  • Test 50 tapşırıqdan ibarətdir.
  • Hər tapşırığın ehtimal olunan dörd və ya beş cavabı vardır.
  • Onlardan ancaq biri düzgündür.
  • Testin üçün sizə 1 saat 35 dəqiqə vaxt verilir.
  • Testin maksimal xalı – 50-dir.

Hər bir tapşırığın təlimatını diqqətlə oxuyun, tapşırığı yerinə yetirmək üçün nə tələb olunduğunu yaxşı düşünün və sonra cavabı seçin və yazın.

 

Uğurlar arzulayırıq!

Analizlər
Testi yazan:
5
---
0
Analogiya
1.

İyibilmə qabiliyəti : Ətir 

Analogiya
2.

Arı pətəyi : Bal

Analogiya
3.

Simvol : Şərti

Analogiya
4.

Axın : Damba

Analogiya
5.

Bədii üsul : Epitet

Analogiya
6.

Qıf : Konus

Analogiya
7.

Zireh : Skafandr

Analogiya
8.

Vakuum : Dolu

Analogiya
9.

Növ : Rəngarənglik

Cümlələrin Tamamlanması
10.

Günəş batmazdan əvvəl bəzi bitkilərin yarpaqları bükülüb aşağı əyilir, günəş çıxanda isə açılıb yuxarı qalxır. ___ əgər bu bitkiləri günəşdən təcrid olunmuş halda tam qaranlıqda saxlasaq, ___ onlar ___, yaxud təbii şəraitdə onlan ___.

Cümlələrin Tamamlanması
11.

Özünün həmmuasiri olan hər bir mütəfəkkir kimi, Monteksye də rasionalistdir. Bu baxımdan onun ____, onlar ____ ki, dövlət rasionalizm prinsipləri üzərində qurulsun, ____ XVIII əsr Avropası üçün məsələyə bu cürü yanaşılması ____.

Cümlələrin Tamamlanması
12.

İncəsənət əsərlərinin ____, müxtəlif dövr onda təzə və yeni fikirlər ____ və incəsənətin əbədiliyi də ____ olardı. Məgər "Sikstinyalı madonna" da Rafaelin dövründə ____.

Cümlələrin Tamamlanması
13.

Müxtəlif coğrafi məkanda yayılmış heyvanlar arasında oxşarlıq, eynilə fərqlər kimi, iqlim yaxud digər fiziki şəraitlə ____. Cənubi-Şərqi Asiyanın və Cənubi Amerikanın tropik zonaları ____, təbii şərait baxımından ____, onların heyvanlar aləmi ____.

Məntiq
14.

Verilir: 

  • Əgər tiniko bazar günü qudauriyə getsə, opera teatrın ilk tamaşasında ola bilmək imkanını itirəcəkdir
  • Əgər tiniko bazar günü qudauriyə getməsə, o, gündə qaralmaq imkanını itirəcəkdir.

Tutaq ki, bu ilkin şərtlər həqiqidir. Bu halda aşağıda sadalanalardan hansı müddəa hökmən səhvdir?

Diaqram
15.

Tutaq ki:

  • Hər bir rəssam arxitektordur

Belə olduqda aşağıda sadalananlardan hansı insanın mövcudluğu qeyri-mümkündür?

Məntiq
16.

Eka qarmaşıq halda qutuya tökülmüş əşyalardan gözyumlu halda birini götürür, nəzərdən keçirdikdən sonra yenə də qutuya qaytarırdı. O, bu əməliyatı dəfələrlə təkrar etdi. Müəyyən oldu ki, qutudan götürlən bütün əşyalar qırmızı oyuncaqdır.

Məntiq
17.

İki müddəa verilir:

  • Yırtıcı heyvanların davranış xüsusiyətlərini yaxşı bilməsən, şirləri müşahidə etmək üçün Geniyaya gedə bilməyəcəksən
  • Şirləri müşahidə etmək üçün Geniyaya getsən, GEO jurnalında məqalə çap etdirməyinə rədd cavabı verməyəcəklər

Nəticə çıxarılır:
GEO jurnalında məqalə çap etdirməyinə rədd cavabı vermişlərsə, görünür şirləri müşahidə etmək üçün Geniyaya getməyibsən.

Bu nəticə:

Məntiq
18.

Musiqi həvəskarları caz musiqisi müsabiqəsində B musiqiçinin qələbə çalacağını əvvəlcədən xəbər verirdilər, ancaq müsabiqədə D musiqiçinin qalib gəlməsi onların təəcübünə səbəb oldu. Musiqi həvəskarları bu faktı münsiflər heyəti üzvlərininin D-yə qarşı müsbət münasibəti ilə izah etdilər.

Aşağıda verilənlərdən musiqi həvəskarlarının bu ehtimalı hansı şüphə altına qoyur?

Heyvanlarda düşünmə qabiliyəti

Adətən, düşünmək qabiliyətini yalnız insan üçün səciyəvi olan xüsusiyyət sayır və onu nitq qabiliyəti ilə əlaqələndirirlər. Düşüncələrin aşkara çıxarılmasının mükəmməl forması məntiqi təfəkkürdür. Təbii olaraq qarşıya belə bir sual çıxır: bu təfəkkürün yeganə formasıdır, yaxud onun digər formaları da vardır? Tədqiqatlar nəticəsində müəyyən edildiyinə görə təfəkkürün bir neçə inkişaf pilləsi vardır. Hər bir pillədə təfəkkür müxtəlif formada əks etdirilir. Onlardan ən sadəsi praktiki düşüncədir.

 

Praktiki düşüncə anlayışı alman alimi V. Kellerə məxsusdur. Keller heyvanın (nitq qabiliyyətindən məhrum olan) ağıllı hərəkət edib-edə bilməyəcəyini, yaxud instinktdən irəli gəlməyən hərəkət edib-edə bilməyəcəyini tədqiq edirdi. Kellerin insanabənzər meymunlar üzərində apardığı eksperimentlərin əsas prinsipi belə idi: birbaşa yolla məqsədə nail olmaq mümkün olduqda, heyvanın davranışını instinkt idarə edir. Ancaq məqsədə nail olmaq üçün birbaşa deyil, «dolayı yol» lazım gəldikdə, heyvan düşüncəli hərəkət etməyə məcbur olur. Kellerin bütün sınaqları elə qurulmuşdur ki, məqsədə nail olmaq üçün hökmən dolayı yol seçmək lazım gəlir.

 

Keller meymun Kokonun əlini yuxarından asılmış banana necə çatdırdığını təsvir edir. Koko bananı görcək birbaşa ona doğru qaçıb var gücü ilə yuxarı atıldı, lakin məqsədinə nail ola bilmədi. O geriyə döndü, yenə də divarın yanına qayıtdı və bu hərəkəti bir neçə dəfə təkrar etdi. Sonra oraya qoyulmuş qutunun yanına gedib üstünə çıxaraq banana doğru baxmağa başladı. Kokonun hərəkətlərində gözlə seçilən yavaşıma hiss olunurdu. O, qutudan divara qədər olan məsafəni bir neçə dəfə qət etdi. Eksperimentçi banana portağal parçası da əlavə etdi və bu, meymunun hərəkətinə açıq-aşkar təsir göstərdi: Koko yenə də qutunun yanına getdi, onu sürətlə divarın yanına aparıb üstünə çıxdı və əli meyvəyə çatdı. 

 

Şimpanzenin davranışında hər cür düşüncə əlamətləri görmək olar: bananı görmək onu birbaşa yolla (sıçramaqla) ələ keçirmək cəhdinə səbəb olur, heyvanda ilk növbədə instinkt oyanır. Ancaq məqsədə nail ola bilmədikdə, Koka o yan-bu yana gəzməyə başlayır. Koka banandan uzaqlaşıb qutunun yanına getdikdə, instinktin əleyhinə hərəkət edir, yaxud düşünməyə başlayır. Onun hərəkətlərinin ləngidiyi nəzərə çarpır, elə təəssürat yaranır ki, sanki heyvanda spesifik təəccüblənmək hissi baş qaldırmışdır. Təəccüblənməklə başlanmış proses düşünmək üçün zəruri olan ikinci konkret halla – dərk etməklə başa çatır: Portağal parçasının əlavə edilməsi ilə yenə də qutunun yanına getməsi və artıq məqsədyönlü hərəkət etməsi göstərir ki, Koko məqsədə çatmağın necə mümkün olduğunu qəflətən "başa düşmüşdür". Heyvanın düşünmə qabiliyyətinin necə olması onun davranışında, hərəkətlərində özünü əks etdirir. Davranış burada təfəkkürün məhsulu deyil, onun prosesidir. Beləliklə, təfəkkür hələlik praktikadan ayrılmamışdır.

 

Belə bir fakt diqqəti cəlb edir: nə qədər ki, divardan banan asılmışdı, məsələni həll etmək üçün Kokanın kifayət qədər stimulu yox idi. Portağal parçasının əlavə edilməsi, yaxud stimulun əhəmiyyətinin artması, məqsədə nail olmaq tələbatının güclənməsinə və müvafiq hərəkətə səbəb oldu. Bu, təfəkkürün stimullaşdırılması üçün tələbatın nə kimi əhəmiyyəti olduğunu aydın göstərir.

Oxunmuş Mətnin Analizi
19.

Birinci abzasdakı əsas fikir aşağıda sadalananlardan hansında əks etdirilmişdir?

Oxunmuş Mətnin Analizi
20.

Kellerin təsdiq olunduğu təqdirdə heyvanlarda praktiki düşüncənin mövcudluğu barədə mülahizə yürütməyinin mümkün olduğu fərziyyəsi aşağıda sadalananlardan hansı cümlədə əks etdirilmişdir? 

Oxunmuş Mətnin Analizi
21.

I, II və III abzaslar arasında nə kimi nisbət vardır?

Oxunmuş Mətnin Analizi
22.

Təəcüblənmək təfəkkürün əsas xüsusiyyətlərindən biri sayılır. Kokonun nümunəsinə görə bu duyğunun baş qaldırması üçün hansı ilkin şərtlər lazımdır?

Oxunmuş Mətnin Analizi
23.

Kokonun istifadə etdiyi dolayı yol aşağıda sadalananlardan hansında əks etdirilmişdir?

Oxunmuş Mətnin Analizi
24.

Mətnin müəllifinin "təfəkkür hələ də praktikadan ayrılmamışdır" fikrini aşağıda sadalananlardan hansı təsdiq edir?

Oxunmuş Mətnin Analizi
25.

Düşüncəli hərəkətin həyata keçirilməsi nümunəsini aşağıda sadalananlardan hansı əks etdirir?

  1. Qəfəsə salınmış dələ bayırda qoyulmuş yemi görür. Qəfəsdən çıxmağa cəhd göstərərkən, o divardan dırmaşır, pəncəsi ilə cəftəni itələyir, qapı açılır və dələ bayıra çıxır
  2. Pişik qəfəsdən oyuncaq siçanı görür, pəncəsi ilə onu tutmağa cəhd göstərir, lakin bu bir nəticə vermir. Sonra o oyuncağa bağlanmış sapı görür və onu sapla özünə doğru çəkir
  3. Qəfəsdə tavandan bananla dolu bir səbət asılmışdır. Şimpanze oradakı hündür yerə çıxaraq bananı səbətdən götürür
Analogiya
26.

Sadəlöhv : Etimadsızlıq

Amansız : ?

Analogiya
27.

... boyunca keçir : boyunca

Səpələyir : ?

Analogiya
28.

Tanış oldu : Dostlaşdı

Qaranlıq düşdü : ?

Analogiya
29.

Nəvazişkar : İkiüzlü

Tənqidi : ? 

Analogiya
30.

Söz : Termin

Ərazi : ?

Analogiya
31.

Ağ ayı : Pinqvin

Kiçik daş : ?

Cümlələrin Tamamlanması
32.

Dövlətlər o zaman ittifaq ____,  təhlükə hiss edilir. ____, ittifaq ____ konsepsiyası ilə əlaqədar olaraq yaradılır, çünki dövlətlərin ____ digər dövlətlərin hərəkətlərini, onların arasında ittifaq yaradılmasını müəyyən edir.

Cümlələrin Tamamlanması
33.

____ bəşər tarixindən də məlumdur. ____ mədəni inkişaf barədə danışarkən hökmən ____ xalqın mədəni həyatını nəzərə almalıyıq. 

Cümlələrin Tamamlanması
34.

Çay qurunun müxtəlif hissəsini bir-birindən ayırır. Bundan daha çox onları dəniz ayırır və buna görə də suyu bölüşdürən amil saymağa adət etmişik. ____ insanlar üçün ____. Bölüşdürücü ancaq ____. Məsələn, Aralıq dənizi ancaq ona görə antik dünyanın mərkəzi ____ ki, ____. 

Cümlələrin Tamamlanması
35.

____ bir çox insanlar eyni təbii şəraitdə yaşamalı olduqlarından, onların mənəvi aləmi ____ təsəvvürə görə bir-biri ilə ____ mənafə ilə qidalarnır. ____ bir qayda olaraq bir-birinin daxili aləminə nüfuz etməyə ____.

Cümlələrin Tamamlanması
36.

____, bunu ____ bizim üçün vacib deyildir. Bu gün ____, maraqlısı məhz odur ki, ____ bu qədər ilhama necə malik idilər.

Cümlələrin Tamamlanması
37.

Əksərriyət və azlıq barədə mühakimə yürürdərkən, eyni qrupun üzvləri ____ onların şəxsiyyətə təsir formaları ____ : əksərriyət ____ təhrik edir, azlıq ____ şəxsi dəyişikliklərə səbəb olur ki, bu da ____ sövq edir.

Məntiq
38.

Verilir: 

  • Bu dibcəkdə açılmış gülün tikanlı və üçrəngli olması düzgün deyildir.

Əgər bu müddəa doğrudursa, aşağıda sadalananlardan hansı hökmən doğrudur?

Məntiq
39.

Ana uşaqlar üçün milad hədiyyələri hazırladı: Rəsm  albomu, nağıl kitabı və kukla. 

Tata: "Nə olaydı rəsm albomu mənə düşəydi"
Rusudan: "Mənə rəsm albomunun düşməsini istəmirəm"
Lizi: "Mənə nağıl kitabının düşməsini istəmirəm"

Hədiyyələr elə bölüşdürüldü ki, ancaq birinin arzusu yerinə yetdi.
Hədiyyələr qızların arasında necə bölüşdürüldü?

Tata Rusudan Lizi

 

Analiz
40.

Məktəbdə iki onbirinci sinif vardır -- A və B. Məktəbin işi ilə tanış olan müşahidəçi hiss etdi ki, kimya üzrə A sinifinin şagirdləri qiymətləri B sinifinin şagirdlərinin qiymətlərindən daha yüksəkdir. Bu fakt əsasında o güman etdi ki, A sinifinin şagirdləri B sinifinin şagirdlərinə nisbətən kimyanı daha həvəslə oxuyurlar.

Aşağıda sadalananlardan bu güman inandırıcı olmasını hansı fakt artırır?

Məntiq
41.

Dövlətdə pulu dəyişdirməyi planlaşdırırlar və neçə sentlik sikkələr hazırlamağa qərara almalıdırlar. Sikkələr aşağıdakı şərtə əməl etməklə hazırlanmalıdır:

  • Əgər dördsentlik yaxud beşsentlik sikkə hazırlanmasa, ikisentlik sikkə də hazırlanmamamlıdır

Bu şərt aşağıda sadalananlardan hansında pozulmuşdur?

Aşağıdakı dəyərdə sikkələr hazırlandı:

 

Məntiq
42.

Verilir: 

  • Bülbülə nəsə xoş gəldikcə, o daha yaxşı oxuyur
  • Ulduzları görmək bülbülün çox xoşuna gəlir

Aşağıda sadalananlardan hansı müddəa bu ilkin şərtdən irəli gəlir?

Aralıq dənizi

Aralıq dənizi hövzəsi dünya sivilizasiyalarının meydana gəlməsinin əsas bölgələrindən biridir. Burada sivilizasiyanın inkişafının üç başlıca modelini göstərmək olar: Çayarası (yaxud Mesopotomiya) modeli, Misir və Egey-Ellin modeli. 

 

Mesopotomiya modeli öz başlanğıcını şumer sivilizasiyasından götürür. Şumerlər bir çox sahələrdə ilk ixtiraçı olmaqla yanaşı, həm də qədim Şərqin demək olar ki, dəyişilmədən bir mədəniyyətdən digərinə çatdırılan sivilizasiyanın yaradıcısı idilər. Bu sivilizasiyada mixi yazısı sistemi, həmçinin mifoloji növlər və süjetlər «bankı» yaradıldı və ilkin görkəmində Qabaq Asiya xalqları arasında geniş yayıldı. Mesopotomiya dairəsinin mədəniyyətləri üçün spesifik hal odur ki, insan hər bir hadisənin arxasında hansı qanunauyğunluğun durduğunu araşdırmırn - ilahi ifadəni tanıyır.

 

Misir modeli əsasən bir etnos və bir bölgə hüdudlarında inkişaf edir. Başqalarından ayrılıqda olmaq istəyi Misirdə başqa xalqlar üçün əksər hallarda əlçatan olmayan təfəkkür üslubu yaratdı. Bu, özünü ilk növbədə heç vaxt ölkənin hüdudlarından kənara çıxmayan Misir yazısında əks etdirdi. Misir, böyük piramidalar dövrünün qədim səltənəti üçün səciyyəvi olan şəxsi təşəbbüsün inkişafı yolu ilə getmədi, fərdi tamamilə kollektivin mənafeyinə tabe etdi. Qədim çarlıq üçün səciyyəvi olan həyata ecazkar məhəbbət, keçid dövründə aşkar edilmiş həyatın mahiyyətini fəlsəfi fikir elementləri Misir incəsənətində öz təşəkkülünü tapa bilmədi. Burada riyaziyyat, astronomiya, təbabət inkişaf etdi, ancaq gerçəkliyin qavranılması sövq-təbii, mifik surətdə qalırdı. Bəzi ədəbi janrlı Mesopotomiya yaxud Misir ekvivalentləri barədə danışmaq olar, lakin onlar elə müstəqillik qazana bilmədilər ki, bu da fərdi müəlliflər törədir (bu, qismən başqa incəsənət sahələrinə aiddir). Qədim Şərq sivilizasiyası üçün səciyyəvi olan mifik-poetik və yeni, ellin anlayışı üçün xarakterik tənqidi fikrin qəribə qatışığı Egey-yunan modelinin başlıca xüsusiyyətidir. Yunanlar özlərinin xüsusi olması hissini misirlilərdən əxz etmişlər ki, bu da özünü məşhur qarşıdurmada əks etdirir: Ellin – barbardır, lakin qonşu ölkələrlə onların intensiv əlaqələrini «Mesopotamiya sərbəstliyi» müşayiət edirdi. Ən populyar mifləri Ellin yaratmış, mifoloji təfəkkürün fəlsəfi təfəkkürlə əvəz edilməsi sahəsində ilk addımı məhz o atmışdır. Bəlkə də ellinlər üçün səciyyəvi olan yarışmaq ruhu yaxud aqonistik ruh yunan sivilizasiyasının inkişafını sürətləndirmişdir.

 

Dünyanın qavranılması prosesində tənqidi özünüdərkin güclənməsi, yeni və sürətlə yayılan yazı sisteminin tətbiqi, yeni və çevik ictimai təşkilat forması olan polis Egey-yunan sivilizasiyasının formalaşmasında mühüm rol oynadı. Şəxsiyyətin meydana çıxması polislərin siyasi həyatında özünü parlaq surətdə əks etdirdi. Yunan polisləri kiçik dövlət vahidləri kimi formalaşdı, ancaq qəribə Ellin birliyi hissi qalırdı. Ellin mədəniyyəti demək olar ki, bütün Aralıq dənizi sahillərinə yayıldı. Polisin azad vətəndaşı onu öz iştirakı ilə yaradılmış, daim təkmilləşmə prosesində olan qanunlarla idarə edir, bununla yanaşı, artıq işlənib hazırlanmış normalardan get-gedə daha çox azad olurdu. Tarixi amillər də mühüm əhəmiyyət kəsb edir: yunanlar Egey mədəniyyətinin varisləri idilər. Müxtəlif inkişaf kodunu əhatə edən ilkin yunan (Egey) mədəniyyəti onların ətinə və qanına hopmuşdu.

Oxunmuş Mətnin Analizi
43.

Mesopotamiya dairəsi mədəniyyətlərinin nümayəndələri üçün aşağıdakılar səcciyəvidir:

Oxunmuş Mətnin Analizi
44.

Misir sivilizasiyasının inkişaf peripetiyaları aşağıda sadalananlardan hansı cümlədə düzgün əks etdirilmişdir?

Oxunmuş Mətnin Analizi
45.

Qonşu ölkələrlə onların intensiv əlaqələrini "Mesopotamiya sərbəstliyi" müşayiət edirdi ifadəsiylə nəzərdə tutulur ki:

Oxunmuş Mətnin Analizi
46.

Bir neçə Misir əsərinin müəllifinin məlum olmasına baxmayaraq, biz heç bir mesopotamiyalı yazıçının yaxud rəssamın adını bilmirik:

"Günəşin tərifi", müəllifi -- firon IV Amenhotep (Exnaton)
Cosserin piramidası, müəllifi -- arxitektor İmhotep
Xeopsun piramidası, müəllifi -- arxitektor Xemiun
İkinci Ramzesin məbədi, müəllifi -- arxitektor Penra

Mətndə göstərilən faktların təqdim olunan arayışları:

Oxunmuş Mətnin Analizi
47.

İnsan dünyaya münasibətləri baxımından: 

Oxunmuş Mətnin Analizi
48.

Yunan tətbiqi incəsənət nümunələri üzərində əksər hallarda müəlliflərin adı yazılmış olur. Məsələn, bir keramik vəya üzərində yazılmışdır: "Şəkil ilə Evtimides bəzəmişdir, Evpronios bunu heç vaxt bacara bilməzdi"

Oxunmuş Mətnin Analizi
49.

Aşağıda sadalananlardan mətndə hansı münasibət təsvir olunur?

Oxunmuş Mətnin Analizi
50.

Aşağıda hər üç sivilizasiyanın qısa səcciyəsi verilmişdir:

  1. Mesopotamiya sivilizasiyası - tənqidi təfəkkür dərketmənin sövq-təbii prinsipinə kölgə salmışdır; sivilizasiya qonşu xalqlar üçün açıqdır; hadisələrin qanunauyğunluğunu axtarın fərd görünmür.
  2. Misir sivilizasiyası  - qapalı sivilizasiyadır; bu mədəniyyətdə ənənəyə sədaqət bütün inkişaf mərhələlərində novatorluq arzusundan yüksəkdə durmuşdur; Heç vaxt işlənib hazırlanmış bədii qanunların şüurli surətdə rədd edilməsinə səy göstərilməmişdir.
  3. yunan sivilizasiyası - mədəni irsə tənqidi - rasional münasibət bəslənilir; yeniliyə doğru açıq mədəniyyərdir; azad vərəndaş öz həyatını dəyişdirə bilər.

Mətn üzrə onlardan hansı düzgündür?