Emin Məmmədov

abituryent,

1 + 4 Sistemi nədir?

Gürcüstan dövləti tərəfindən təşkil olunan bu sistemdə məqsəd fərqli millətlərdən olan gənclərə gürcüstanda olan universitet təhsilini asanlaşdırmaqdır. Qısa bir qabiliyət testi sonrasında gənclər seçdikləri universitetin hazırlıq bölümündə 1 il oxuyurlar. Burada məqsəd onlara gürcü dilini öyrətmək və universitet həyatına hazırlamaqdır. 1 ilin sonunda əgər gənclər lazımi qədər bal toplayarsa, il sonunda onlar davam edəcəkləri fakultələri seçə bilərlər. Bu sistem 2010-cu ildən bu yana fəaliyətdədir. 

 

Bəs imtahan necə olur?

Bu proqram çərçivəsində bir çox fərqli millətlərdən (Azəri, Erməni, Osetyalı və digər Abxaz dilləri) gənclər öz dillərində imtahan vermə imkanı verilir. İmtahan ümumi 2 əsas fəndən ibarətdir: Verbal və Riyaziyyat. İmtahan vaxtı sizə 1 qələm, 1 kağız, 1 açar vərəqəsi (Cavabları yazacağınız vərəqə) və kompiyuter verilir. İlk olaraq verbal hissədən başlayırsız, 1 saat 35 dəqiqə sizə vaxt verilir. Vaxt bittikdə isə 10 dəqiqə dincəlməyə vaxt verilir, daha sonra isə riyazi hissəyə keçid edilir. İmtahan ümumi hər biri 40 sualdan ibarət olmaqla 80 sualdır. Verbal hissə 4 növ suallardan ibarətdir: Məntiq, Cümlələrin tamamlanması, Oxunmuş mətnin analizi və Analogiyalar.

 

Məntiq sualları

Məntiq suallarında ilkin göstəricilər və çıxarılmalı nəticələr baxımından bir-birindən fərqləndirməlisiniz. Buna görə də hər tapşırıqda olan suala xüsusi diqqət yetirin və verilən variantlardan müvafiq cavabı seçin.

 

Cümlələrin tamamlanması

Bu sual növündə bizə bəzi xanalarını doldurulmamış cümlələr verilir. Bizdən tələb edilən isə bu cumlələri verilənlər vasitəsi ilə düzgün bir şəkildə quraşdırmaqdır.

 

Oxunmuş mətnin analizi

Oxunmuş mətnin analizində bizə suallardan əvvəl bir mətn verilir. Əvvəlcədən mətni oxuyuruq, daha sonra isə mətndən əsaslanılmış sualları cavablayırıq.

 

Analogiyalar

Analogiyalarda tünd şriftlə göstərilmiş iki söz verilmişdir. Onların mənaları arasında müəyyən əlaqə vardır. Bizdən tələb olunan daha sonradan verilən cütlüklər və ya bir sözü bəndlərdə verilmiş sözlərə oxşar şəkildə əlaqə yaratmaqdır.

 

Riyazi hissədə verbal hissədə olduğu kimi 4 sual növündən ibarətdir.

Miqdar müqayisəsi

Miqdar müqayisəsində sizə 2 xana verilir, A və B. Siz bu xanaları bir-biri ilə ilə müqayisə etməli və ən böyük olanı seçməlisiniz. Əgər A xanası böyükdürsə, onda a bəndini seçməlisiniz. Əgər B xanası böyükdürsə, onda b xanasını seçməliniz. Əgər cavabların bərabər olduğunu fikirləşirsinizsə onda c xanasını seçməlisiniz. Əgər sizə verilən məlumatların hər iki bəndi müqayisə etmək üçün kifayət olmadığını düşünürsünüzsə, onda ç bəndini seçməlisiniz.

 

Göstəricilərin təhlili

Göstəricilərin təhlilində sizə əvvəla bir diqaram və ya cədvəl verilir. Sizdən tələb olunan bu cədvələ və ya diaqrama görə sualları cavablamağınızdır.

 

Məsələlər

Məsələlərdə sadə riyazi suallar verilir. Bu suallarda diqqət yetirməli və sizdən tələb ediləni yerinə yetirməlisiniz

 

Göstəricilərin kifayət etməsi

Göstəricilərin kifayət etməsində sizə əvvəla məlumat və şərtlər verilir. Daha sonrasında isə sizdən bu şərtlərin hansının kifayət olub olmadığını bildirməyi tələb olunur. Əgər ilk şərt kifayət, ikincinin isə kifayət olmadığını düşünürsünzsə, A bəndini seçirsiniz. Əgər ilkin şərtin kifayət olmadığını, ikinci şərtin kifayət olduğunu düşünürsünüzsə, onda B bəndini seçirsiniz. Əgər hər iki şərtində sadəcə birlikdə istifadə etdikdə kifayət olduğunu düşünürsünüzə, onda C bəndini seçirsiniz. Əgər hər iki şərti ayrı-ayrı istifadə etsəkdə kifayət olacaqlarını düşünürsünüzsə, onda Ç bəndini seçirsiniz. Əgər verilən məlumatlar və şərtlərin kifayət olmadığını düşünürsünüzsə, onda D bəndini seçirsiniz.