Proqramçılıq

4 ay əvvəl
Əvvəla bu sualla başlayaq: proqramçının məşğul olduğu bu sahə nədir və nələrdən ibarətdir? İndiki dövrdə gördüyümüz bir çox texnologiya idarə edilməsi üçün bir sxemaya ehtiyac duyur. Proqramlar onlara verilən sxemada olan hər bir addımı tək-tək yerinə yetirir. Bu yerdə artıq biz proqramçılar, həmin sxemanı hazırlayan şəxslərik.   Proqramçılar Necə İşləyirlər? Proqramçılar sxemaları yaratmaq və ya tənzimləmək üçün proqramlaşdırma dillərindən istifadə edirlər. Bu dillər kompyuterdə yazılır və bir neçə yerə bölünürlər: script dilləri, stil dilləri, sistem dilləri və s. Bu dillər hərr biri bir-birindən forması və istifadə növünə görə dəyişir.   Proqramçılıq Növləri Proqramçılıq sadəcə bir növ deyildir. Texnologiyamız tətbiqi proqramçı və sistemdən idarə olunan olmaq üzrə iki yerə ayrılır. Sistem Proqramçı: İdarəçi ilə idarə olunan sistemlər və ya fərqli avadanlıqlarla idarə etdiyimiz sistemlər üçün tərtib olunan dillərlə proqramçılıq deməkdir. Məsələn, əgər elektrikli maşın hər hansı bir cismə 30 sm yaxın olsa, maşının siqnal verməsini istəyirik. Bunun üçün sxemada yazırıq ki, maşının ön hissəsində yerləşən sensora 30 sm-dən yaxın nəsə yaxınlaşdıqda, sxemaya siqnal göndərsin. Həmin siqnal sxemada durduğu müddətcə sistem səs çıxara və ya bizim istədiyimiz funksiyanı yerinə yetirsin. Tərtibi Proqramçı: Sistemlərdə hazırlanıb paylaşılan 3-cü tərəfli programlar Tərtibi programçı tərəfindən hazırlanır. Məs: Telefon, Komputer, Axıllı saat, TV və s. kimi ləvazimatlarda olan proqramlar tərtib programçı tərəfindən ortaya çıxan produktlardır. Buna misal olaraq Whatsapp, Youtube və s. kimi applikasiyalar, web səhifələr və ya oyunları misal vermək olar.   Proqramlaşdırma Niyə Vacibdir? Proqramlaşdırma, müasir cəmiyyətdə çox vacib bir sahədir. İstər gündəlik həyatımızda, istərsə də iş yerlərində istifadə etdiyimiz bir çox cihaz və xidmətlər proqramlaşdırma nəticəsində mövcuddur. Əsas səbəblərdən bəziləri bunlardır: Texnoloji İnkişaf: Proqramlaşdırma, texnologiyanın inkişafını təmin edir. Yeni proqramlar və tətbiqlər yaratmaqla, həyatımızı daha rahat və məhsuldar edir. Problem Həll Etmə: İndiki dövürdə hər tərəfimiz texnologiya ilə dolu olduğundan, problemlərin həlli üçün proqramçılara tələbat çoxdur.   Proqramçı Olmaq Üçün Nə Lazımdır? Proqramçı olmaq üçün bir neçə vacib bacarıq və biliklərə sahib olmaq lazımdır: Məntiqi düşüncə: Problemləri analiz edib həll yolları tapmaq üçün məntiqi düşüncə qabiliyyəti vacibdir. Texniki biliklər: Müxtəlif proqramlaşdırma dillərini və texnologiyaları bilmək və onları effektiv şəkildə istifadə edə bilmək üçün yaxşıdır. Yaradıcılıq: Yenilikçi və yaradıcı fikirlər ilə problemlərə fərqli baxış bucağı gətirmək işləri daha asanlaşdırır. Komandada İşləmək bacarığı: Bir çox layihə komanda şəklində həyata keçirilir, buna görə də effektiv komanda üzvü olmaq vacibdir. Mənim fikrimcə, proqramlaşdırma sadəcə texniki bir iş deyil, eyni zamanda bir sənət formasıdır. Hər bir proqramçı öz kodu ilə yeni bir dünya yaradır və bu dünyanı daha yaxşı etmək üçün çalışır. Proqramlaşdırma ilə məşğul olan hər kəs, gələcəyin texnologiyalarını formalaşdırmaq və daha yaxşı bir dünya yaratmaq üçün bir imkana sahibdir.