Emin Məmmədov

abituryent,

20-ci əsrin sonunda dünyada mühacirlərin ümumi sayı 100 milyona belə çatmırdı. Sonrakı
onilliklərdə bu rəqəm kəskin şəkildə artdı. İnsanlar niyə vətənlərini tərk etməyi seçirlər və nə üçün
gedirlər? Onlar sərhədləri əsasən işlə təmin olunmaq və həyat şəraitlərini yaxşılaşdırmaq üçün keçirlər.
Bundan əlavə, öz doğma yurdlarını tərk etməyə, müharibədən və ya ekoloji fəlakətdən xilas olmaq
üçün qaçmağa məcbur olan çoxlu sayda qaçqın var. Dünya Bankının ən son araşdırmasına əsasən,
Mərkəzi və Cənubi Afrika, Cənubi Asiya və Latın Amerikasında 140 milyondan çox insan kəskin
iqlim dəyişikliyi səbəbindən miqrasiya etməli ola bilər.


Amerikalı tədqiqatçı və səyyah Pol Salopek altıncı ildir ki, Afrikanı 600 min il əvvəl tərk etmiş
insanın yolu - yer kürəsində ilk səyahət edənlərin izləri ilə gedir. O, kütləvi miqrasiyaları araşdırır və
səyahətini insanların məskunlaşdığı ən ucqar nöqtədə - Cənubi Amerikadakı Odlu torpaq adasında
bitirmək istəyir. Bu günə qədər o, artıq bir çox ölkəni keçib və milyonlarla mühacirlə tanış olub. İndi
Salopek Asiyadadır və səyahətə 2013-cü ilin qışında Herto-Buridan (Efiopiya - Afrika) başlayıb.
Antropoloqların dediyinə görə, bizim növümüz buradan başlayıb və sonsuz yerdəyişmələr Cənubi
Amerikanın son nöqtəsinə gətirib çıxarıb. Naməlum bir dünyada səyahət edən insanlar öz dünyalarının
sərhədlərini kəşf edirdilər. Bu köçlər bugünkü bəşəriyyətin simasını müəyyənləşdirdi.
Bu gün də dünyanın ən yoxsul insanları Afrikanın uzaq ölkələrini tərk edirlər. Efiopiya səhrası
dünyanın ən isti yerlərindən biridir. Məhz belə sərt və kimsəsiz torpaqlardan keçərək mühacirlər ədən
körfəzinə çatırlar. Burada Afrikada yeni, lakin həmişə daha yaxşı olmayan həyatın - Ərəbistan
yarımadasında, onun şəhərlərində, xurma və palma plantasiyalarında qul kimi işləmək qapısını açan
dəniz var. Somali yarımadasının bu kimsəsiz yollarında ilk mühacir izləri hansı dövrdən görünür? Bu,
Pleystosen* dövründə qədim səyyahlar Afrikanı tərk etdikləri dəhlizlə dəqiq eynidirmi?! Kəskin iqlim
dəyişikliyi, resurslar üçün artan rəqabət və aclıq... bu amillər, görünür, ilk mühacirləri Afrikadan
Sıxışdırıb.


Salopek ǝfqan, efiopiyalı, somalili mühacirlərlə uzun bir yol qət etdi. 2014-cü il müharibəsi
zamanı o, qaynar Suriyanı yalnız **İŞİD-dən qaçmış qaçqınlarla birlikdə tərk edə bildi**. Döyüş
əməliyyatları milyonlarla insanı qonşu ölkələrə qovdu. Suriyalılar Türkiyə və İordaniyaya, əfqanlar
Pakistan və ya İrana, Cənubi Sudanlılar və digərləri Efiopiyaya qaçdılar. Məsələn, bu gün 3,7 milyon
suriyalı qaçqın Türkiyəyə sığınır. Bu prosesdə daxili köçlər də önəmlidir - kənddən şəhərə kortəbii
köç. Məsələn, Hindistanda daxili mühacirlərin sayı 139 milyon, Çində isə 250 milyona yaxındır.
Braziliya, Meksika, Nigeriya - hər yerdə oxşar tendensiya var. Heyrətamiz innovasiyalar və
uğursuzluqlar bir-biri ilə toqquşur. Meqaşəhərlər partlayır. Urbanizasiya müəyyən edilmiş cinsiyyət
və din normalarını pozur, lakin hərəkət edən dünyada daha yaxşı həyat istəyinin qarşısında heç nə
dayana bilməz.


Bir çox ölkələrdə mühafizəkarlar və anti-immiqrasiya qrupları qaçqınlara düşmən münasibət
bəsləyirlər. Bununla belə, Neolit dövründən bəri, məsələn, Avropanın qədim əhalisi Mərkəzi Asiya və
ya Şərqi Aralıq dənizi bölgələrindən gələn mühacir dalğası tərəfindən dəfələrlə tapdalanmış və köklü
şəkildə dəyişdirilmişdir. Bu cür interbriding*** olmasaydı, yəqin ki, müasir avropalılar mövcud belə
olmazdı. Salopekə görə, "dünyanın bu yüksək yüklü miqrantların yaydığı bu qəribə və qeyri-adi
enerjini qəbul etməyi öyrənməsinin vaxtıdır".


* Pleystosen - Yer kürəsinin tarixinin dördüncü dövrünün orta dövrü. 2,588 mln. il əvvəl başlayıb;
** İŞİD-İraq və Şam İslam Dövləti - terror təşkilatıdır.
*** İnterbriding - Cütləşmə, genetik cəhətdən fərqli növlərin və ya alt növlərin hibridləşdirilməsi.

Sual

I abzasda sual verilmişdir: "İnsanlar niyə öz vətənlərini tərk etməyi seçirlər və nə üçün gedirlər?". Bu sualdan sonra üç cümlə gəlir. Onlardan hansı birbaşa olaraq vətəndən getməyin səbəbini də, məqsədini də göstərir (eyni anda)?