Emin Məmmədov

abituryent,

Natürmort rəssamlığın janrlarından biridir. „Natürmort“  sözü „ölü təbiət” mənasını daşıyır. Natürmort hərəkətsiz əşyaları əks etdirir: gülləri, meyvələri,ovları, musiqi alətlərini və ya istənilən başqa əşyanı. XIX  əsrə qədər demək olar ki, bütün natürmort müəlliflərinin məqsədi maksimum reallığa nail  olmaq idi. Ən realist natürmortlar  gürcü dilində “gözü aldatmaq” mənasını verən “Tromp l’Aye”  adı ilə tanınır. Bu şəkillər bizdə elə təəssürat yaradır ki, sanki qarşımızda şəklin yastı səthi deyil, real əşyalar durur. 

Natürmort, bir janr kimi, başlanğıcını qədim Yunanistandan və Romadan götürür,burada o, zənginlərin evlərinin divarlarını bəzəmək üçün istifadə olunurdu. Bir yunan yazıçısının dediyinə görə, rəssam Zevksis üzüm salxımı çəkdi, o həqiqiyə o qədər bənzəyirdi ki, quşlar onu dimdikləməyə çalışırdılar. Ancaq Parasias Zevksisi üstələdi. O elə bir pərdə çəkdi ki, Zevksis onu geri çəkməyə söz verdi. Sonralar, Orta əsrlərdə və İntibah dövründə natürmortlar daha çox böyük rəsmlərin bir hissəsini təşkil edirdilər. Məsələn, Tanrı ilə birlikdə teztez nilufərlər olan vazlar çəkirdilər, bu da simvolik olaraq günahsızlığı təcəssüm edirdi. Natürmort yalnız XVII əsrdə müstəqil bir janra çevrildi. O dövrdə bu, adətən öz rəsm lövhələrində dəbdəbəli əşyalar: gümüş qablar, büllur qədəhlər və rəngarəng buketlər təsvir edən holland rəssamlar arasında xüsusilə məşhur idi. Bəzən natürmortda müəyyən gizli məna verilirdi. Rəssamlar tez-tez bu və ya digər ideyanı təmsil edə biləcək əşyaları təsvir edirdilər. Məsələn, kitablar bilik, musiqi alətləri həzz demək idi. 

XIX əsrə qədər tənqidçilərin natürmortlara əhəmiyyət vermirdilər. Onlar yalnız mahirliyin artırılması vasitəsi hesab olunurdu. Onlar düşünürdülər ki, natürmort yaratmaq üçün rəssamdan fantaziya və düşünmə qabiliyyəti tələb olunmur. XIX əsrdə natürmortlar tədricən reallıqdan kənara çıxırdı. Rəssamlar öz hisslərini və əhval-ruhiyyələrini ifadə etmək üçün eksperimentlərə əl atdılar. Çox vaxt onlar üçün xüsusi məna kəsb edən mövzuları seçir, reallıqdan daha çox hisslərinə uyğun üslub və rənglərdən istifadə edirdilər. Fransız rəssam Eduard Manenin fikrincə, “rəssam meyvə və çiçəklər vasitəsi ilə hər şeyi ifadə edə bilər”. 

Məşhur holland rəssam Van Qoqun bir rəsmində stul təsvir edilmişdir. Stulda qəlyan durur. Otağın küncündəki qutudan görünən yaşıl soğan cücərtiləri təbiəti və yenilənməni simvolizə edir. Rəssamın stulu və qəlyanı (adi əşyalar) insanın özü kimi fani və dünyəvidir. Vinsent van Qoqun bu natürmortu bir növ simvolik avtoportretdir. Əşyalar onun rəsm lövhələrində rəssamın ruh vəziyyətinə uyğun şəkildə əks olunur. Van Qoq yazırdı: “Gördüklərimi tam olaraq təsvir etmək əvəzinə, özümü daha enerjili ifadə etmək üçün rənglərdən öz tərzimə uyğun şəkildə istifadə edirəm”. O, rənglərin xüsusi emosional mənası olduğuna inanırdı. Hər rəng onun üçün mənəvi hissin simvolu idi. Məsələn, dostu Pol Qogenə həsr etdiyi "Günəbaxanlar" əsərində Van Qoq dostluq hisslərini ifadə etmək üçün "qarşılıqlı ahəngdar" narıncı və sarıdan istifadə etmişdir. 

Sual

XIX əsrə qədər natürmort müəlliflərinin məqsədi idi