Emin Məmmədov

abituryent,

Ləpə

1. Coğrafiya. Dalğa, kiçik dalğa. Məsələn: Dənizdə ləpə gözə dəymirdi.

2. Məcazi mənada: izdiham, insan axını, kütlə. Məsələn: Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır.

3. Qüvvətlə təzahür edən şey haqqında. Məsələn: Mən də məğlub oldum, vətən məhəbbətinin aşıb-coşan ləpəsi məni arxasına aldı.

4. Qoz, fındıq, badam kimi qabıqlı meyvələrin, həmçinin paxlalı bitkilərin içi. Məsələn: Badam ləpəsi. Qoz ləpəsi. Paxla ləpəsi.